Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Qarabağ separatçılarının telekanalı Amerika peykində: Rəsmi Bakı təcili hərəkətə keçməlidir

16:37  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən “İntelsat 33” peyki Dağlıq Qarabağdakı qondarma rejimin “Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb.

Virtualaz.org xəbər verir ki, erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

“İntelsat 33” peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.



Beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qəragahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. “İntelsat 33” peyki Amerikanın “Boeing” korporasiya tərəfindən istehsal edilib.

Belə görünür ki, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub
15.06.2019
Ankara İrəvanı küncə sıxır: Türkiyədən Azərbaycana mühüm dəstək
15.06.2019
Cəbhədə erməni təxribatı davam edir
14.06.2019
Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Polkovnik
14.06.2019
Qarabağda kövrək sülh şansı savaş risklərinə qarşı