Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Şəhid övladlarına yeni vergi güzəşti tətbiq edilib

14:47  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, şəhid övladları üçün gəlir vergisi üzrə güzəşt müəyyənləşdirilib

Vergilər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, məcəllədə göstərilir ki, şəhid övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb. Başqa sözlə, muzdlu işçi kimi əməkhaqqı alan şəhid övladları yanvarın 1-dən əməkhaqqının 400 manatadək hissəsindən gəlir vergisi ödəməyəcəklər. Xatırladaq ki, indiyədək bu güzəşt yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) şamil edilirdi. Vergi Məcəlləsinin 102-ci maddəsinə (“Gəlir vergisindən azadolmalar və güzəştlər”) edilmiş dəyişikliklə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) ilə yanaşı, onların övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb.

Dəyişikliyin məqsədi şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Şəhid ailələrinə ünvanlanmış bu dəyişikliyin həmin kateqoriyaya aid şəxslərin əməkhaqqından tutulan gəlir vergisinin necə hesablanacağına dair nümunəni təqdim edirik:

Həlak olmuş döyüşçünün övladı dövlət sektorunda çalışır və 1000 manat əməkhaqqı alır.
Bu zaman onun gəlir vergisi aşağıdakı şəkildə hesablanacaq:

1000 manat – 200 manat (vergiyə cəlb olunmayan məbləğ) – 400 manat
(gəlir vergisi üzrə güzəşt) x 14 faiz = 56 manat

Ermənistan və Azərbaycan arasında 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 13 min nəfərə yaxın Azərbaycan hərbçisi şəhid olub. Bundan əlavə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və şəhid statusu almış mülki şəxslər, habelə atəşkəs dövründə şəhid olmuş hərbi qulluqçular da var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda ƏƏSMN tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunan şəhid ailələrinin sayı 12.779; 20 Yanvar şəhidi ailələrinin sayı isə 119-dur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU
16.06.2019
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ
16.06.2019
Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır - Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?
16.06.2019
IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilir