Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

"Bakı" olayından ermənilər sui-istifadə etdi - Qazax ekspert

12:27  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Semeydə “Bakı” kafesindəki hadisəni sərxoş insanların xuliqanlıq hərəkətləri kimi qəbul etmək lazımdır. Bildiyimiz kimi, polis hadisəyə müdaxilə edib. Bu, ayrı bir epizoddur və bunu başqa məsələlərə aid etmək lazım deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Qazaxıstanın Karakanda vilayətində ermənilərlə qazaxlar arasındakı kütləvi davada qazax gəncin qətlə yetirilməsindən sonra bir neçə şəxsin ermənilərdən qisas üçün azərbaycanlıların işlətdiyi “Bakı” restoranına gəlməsini şərh edən Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun politoloqu, ekspert Urazqali Selteyev deyib.

Onun sözlərinə görə, erməni mediası “Bakı” kafesində yaşanan hadisədən sui-istifadə etməyə çalışdı:

“Qazaxların azərbaycanlılarla erməniləri eyniləşdirdiyi düşüncəsi yanlışdır. Bu, erməni mediasının sui-istifadəsidir. Qazaxıstanda böyük əksəriyyət Qarabağ problemindən xəbərdardır”.

Politoloq həmçinin bildirib ki, Qazaxıstanda etniklərarası münasibətlərdə ciddi bir problem mövcud deyil.

Urazqali Selteyevin sözlərinə görə, Qazaxıstandakı daxili siyasi vəziyyətlə tanış olmayan, səthi qavrayan xarici auditoriya üçün bu münaqişənin və bu məsələylə bağlı baş tutan spontan mitinqin səbəblərində etnik xüsusiyyətlər yatır:

“Etirazlar hüquq-mühafizə orqanları və məhkəmə sisteminə olan ictimai inamsızlığın nizamsız şəkildə böyüməsi ilə daha çox bağlı idi. Amma əlbəttə, Qazaxıstanda da hər hansı digər post-sovet ölkəsində olduğu kimi, yerli milliyyətçiliyin ayrı-ayrı təzahürləri həmişə olub, mövcuddur və olacaq da. Eyni etnik qrupun bir neçə nümayəndəsi adi münaqişələr zamanı ortaya çıxdıqda oxşar hadisələr daha əvvəl də müşahidə edilib. Yəni bu kimi hallarda etnik mənsubiyyət müvəqqəti rol oynayır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Ermənistan da koronavirusa görə İranla sərhədini bağladı
23.02.2020
İranda daha bir güclü zәlzәlә oldu
23.02.2020
İranda yenə zəlzələ baş verdi
23.02.2020
Türkiyə İranla sərhədini bağladı
23.02.2020
İranda koronavirusdan ölənlərin sayı bir neçə dəfə artdı