Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

“Rusiya-Türkiyə toqquşması...” – Menbiç gərginliyi böyüyür

18:45  |    08 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Rusiya hərbi polisinin Suriyada Menbiç bölgəsi ətrafında patrul xidmətinə başlamasının Türkiyə ilə qarşıdurmaya gətirib çıxaracağına inanmıram.

Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu belə deyib.

Ekspert iki ölkə arasında qarşıdurmanın baş verəcəyini mümkün hesab etmir:

“Fikrimcə, Türkiyə hələlik bölgədə əməliyyatlara başlamayacaq. Əməliyyatlara başlasa belə, Rusiya ilə bir sıra məsələlər razılaşdıracaq. İndiki məqamda bölgədə ciddi münaqişənin yaranacağını demək mümkün deyil.

ABŞ Türkiyədən qarantiya almağa çalışdı ki, PYD/YPG-yə qarşı əməliyyatlara ara versin, ümumiyyətlə, kürdlərə toxunmasın. Türkiyənin isə bu məsələdə mövqeyi prinsipialdır. Türkiyənin əsas məqsədi öz ərazilərini təhdid edən, PYD/YPG qüvvələrinə qarşı mübarizə aparmaqdır. Buna görə də, ABŞ-ın öz qüvvələrini Suriyadan çıxarmaq haqda qərarını açıqladıqdan sonra kürdlər Bəşər Əsəd rejimindən dəstək almağa çalışırlar”.

Vüqar Zifəroğlu YPG terror təşkilatı ilə Bəşər Əsəd hökuməti arasında anlaşmanın əldə edilməsi barədə yayılmış iddiaya da toxunub:

“Bəşər Əsədin Türkiyənin əleyhinə kürdlərlə prinsipial danışıqlara gedəcəyinə inanmıram. Çünki Əsədin hakimiyyətdən qalmasını təmin edən əsas amillərdən biri də Rusiya, İran və Türkiyə arasında qurulmuş birlikdir. Məlumdur ki, Tehran və Moskvanın Əsədə qarşı təsir imkanları genişdir. Bu baxımdan, Əsədin kürdlərlə Türkiyə əleyhinə açıq anlaşmaya gedəcəyi ehtimalı böyük deyil”.

Qeyd edək ki, Rusiyanın hərbi polis qüvvələri bu gün Menbiç ətrafında patrul xidmətini həyata keçirməyə başlayıb. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya hərbi polisinin sözçüsü Yusup Mamatov bildirib.

Rusiyanın bu addımı Türkiyə Silahlı Qüvvələrinin PYD/YPG terror təşkilatlarına qarşı əməliyyatlara başlamaq ərəfəsində atılması təsadüfi hesab edilmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO