Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Qənirə Paşayeva BƏƏ, Pakistan və Malayziyanın fəal qadınları ilə köçkün insanlardan danışıb

16:19  |    08 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri ilə görüşüb.

Qaziler.az bildirir ki, BƏƏ, Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. BƏƏ, Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Görüşlər zamanı millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Millət vəkili Qənirə Paşayeva BƏƏ, Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərlərinə Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar da hədiyyə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
13.11.2019
İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13.11.2019
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13.11.2019
İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib