Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

ABŞ və Türkiyə arasında Suriya zirvəsi başlayıb

15:16  |    08 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton rəhbərliyindəki nümayəndə heyəti Türkiyədə prezidentin sözcüsü İbrahim Kalınla görüş gerçəkləşdirib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Türkiyə tərəfdən görüşməyə xarici işlər nazirinin müavini Sedat Önal, müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının direktor müavini Cəmaləddin Çülik təmsil edib.

ABŞ heyəti isə daha yüksək ranqı ilə diqqət cəlb edir. Bunların arasında Con Boltonla bərabər, ABŞ silahlı qüvvələri baş qərargah rəisi Cozef Danford, Suriya üzrə xüsusi nümayəndə Ceyms Ceffri kim isimlər yer alıb.

Görüşün təxminən 2 saat 10 dəqiqə sürdüyü bildirilib.

ABŞ tərəfi müzakirələrin konstruktiv dialoq şəraitində keçdiyini xəbər edib. Milli Təhlükəsizlik Şurasının mətbuat sözcüsü isə dialoq üçün daha bir çox mövzunun açıldığını vurğulayıb.

ABŞ mətbuatı isə gələn nümayəndələrin Ankaraya əllərində xəritə ilə gəldiyini yazıb.

“The Wall Street Journal” Ceyms Ceffrinin rəngləşdirilmiş Suriya xəritəsini hazırladığını, burada Türkiyə ordusunun girməsini istəmədikləri əraziləri göstərdiyini bildirib.

Qeyd edilir ki, səfər öncəsi Con Boltonun PKK/YPG terrorçularını “kürd döyüşçülər” deyə adlandırması rəsmi Ankaranın qəzəbinə səbəb olmuşdu.

Türkiyə və ABŞ rəsmiləri arasında müzakirə ediləcək əsas mövzulardan biri də prezidentin Donald Trampın Suriyadan çəkilmə haqqında qərarından sonra yaranacaq vəziyyətlə bağlıdır.

Türkiyə analitiklərinin söylədiklərinə əsasən, rəsmi Ankara Suriyanın şimalında ABŞ-ın getməsi ilə bərabər güc boşluğunun yaranmasını istəmir. Bu səbəbdən Türkiyə geri çəkilmənin ABŞ ilə koordinasiya halında həyata keçirilməsində israrçıdır. Bundan əlavə, türk tərəfi Menbiç məsələsində gəlinən razılığın geri çəkilmdən öncə həyata keçirilməsinin tərəfdarıdır.

Ərdoğan hökuməti ABŞ-ın guya İŞİD-lə mücadilə üçün vaxtilə PKK/YPG terror təşkiltına bağışladığı silahları da geri almasını istəyir.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO