Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Karaqandada ermənilər əleyhinə keçirilən mitinqdən sonra...

22:37  |    07 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Karaqanda şəhərində 23 yaşlı qazax gəncin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yanvarın 6-da keçirilən izdihamlı mitinqdən sonra Qazaxıstan və Ermənistanın xarici işlər nazirlikləri arasında danışıq aparılıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 7-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnaçakyan Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulova zəng edərək bu insidentin millətlərarası münaqişəyə çevrilməsinin qarşısının alınmasını xahiş edib.

Ermənistan XİN-in yaydığı bəyanatda qeyd olunur ki, "tərəflər yaranan vəziyyətin çox həssas olduğunu bildiriblər və gərginliyin artmasının qarşısını almaq üçün yeni vasitələr tapılmasının zəruriliyini vurğulayıblar. Bu məqsədlə iki ölkənin müxtəlif dövlət orqanları arasında birbaşa əlaqələrin yaradılmasının da zəruri olduğu qeyd edilib”.

Ekspertlər bildirirlər ki, rəsmi Yerevanın təşvişə düşməsinin səbəbi Qazaxıstanda yaşayan ermənilərin gələcəyi ilə bağlı narahatlıqdır. Təsadüfi deyil ki, bu ölkədəki erməni diasporu qətlə yetirilən gəncin ailəsinə dəfələrlə başsağlığı verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı
20.02.2020
İraq İranla sərhədi bağladı - SƏBƏB