Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Qızından Əzizbəylinin durumu ilə bağlı - Açıqlama

17:51  |    07 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki kritik dönəm hələ keçməyib.

Bunu Report-a açıqlamasında xalq artistinin qızı Cəlalə Əzizbəyli deyib. O bildirib ki, bəzi məsələlər sual altındadır:

“Həkimlər ümumi olaraq deyirlər ki, vəziyyəti gözlədiklərindən yaxşıdır. Əməliyyat olunub və sonrakı proses hələ ki, uğurla davam edir. Həm şəkəri var, həm də insult keçirib. Beyinin neçə faizi uzun illərdir işləmir. Buna görə də xəstəliyinin gedişatını dəqiq bilmək mümkün deyil. Amma həkimlər qanqrenin artma ehtimalını dəqiq deyə bilmirlər. Bunun üçün zaman lazımdır. Şəkər və insulta görə tərəddüdləri var".

Xalq artistinin qızı qeyd edib ki, həkimlər yanına çox adamın gəlməsinə icazə vermir:

“Ancaq yenə də sağ olsunlar dostlar, çox istəyənlər gəlib görürlər. Həkim və tibb bacısı hər gün gəlib yoxlanış edirlər”.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Alim Qasımov kilsədə azan oxudu (VİDEO)
15.06.2019
Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
11.06.2019
Fuad Poladovun oğlu evləndi - Foto
08.06.2019
“Bütün qohumlarım məndən üz döndərdi” - Mübariz Tağıyev
07.06.2019
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki...”