Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

7 erməni hərbçi qeyri-döyüş şəraitində ölüb

20:40  |    06 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.

Ötən ilin dekabr ayı ərzində qeyri-döyüş şəraitində düşmən ordusunun 7 hərbçisi həlak olub.

Hərbi qulluqçu Qor Sarkisyan naməlum şəraitdə aldığı güllə yarasından, Hayk Karamyan isə qar uçqunu nəticəsində ölüb. Eyni zamanda, yol-nəqliyyat qəzası nəticəsində 3 hərbçi də ölüb.

Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə isə “Gümrü” aerodromunda təlim uçuşları yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar.

Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb.

Dekabrın 15 günü ərzində düşmən ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölənlərin sayı 7, yaralananların sayı isə 10 nəfərdir. (AzərTAc)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Türkiyə İrandan gələn bütün şəxsləri yoxlayacaq
21.02.2020
Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI
21.02.2020
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi
21.02.2020
Çində koronavirusun nə zaman dəf olunacağı tarix açıqlandı
21.02.2020
İranda səsvermənin müddəti uzadılıb