Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

“Patriot”, yoxsa “S-400”? - Ankara-Vaşinqton danışıqları dalana dirənib

18:22  |    06 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə Rusiyanın təklifindən imtina etməyəcək

Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması Vaşinqton və NATO-nun narahatlığına səbəb olub. Ağ Ev və NATO Rusiya ilə Türkiyə arasında dəyəri 3 milyard dollar olan bu layihənin həyata keçməsini istəmir.

Amerika dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Türkiyə Rusiyadan “S-400” sistemlərini alsa, ABŞ Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. Rusiyadan silahın alınması ABŞ və Türkiyə əlaqələrinə də mənfi təsir göstərəcək. O cümlədən, “F-35” qırıcısının yaradılması ilə bağlı birgə layihə iflasa uğrayacaq.

Bu məsələ ətrafında Vaşinqton-Ankara danışıqları uzun müddətdir ki, davam edirdi. Türkiyənin “Yeni Şafak” qəzeti hərbi mənbələrə istinadən yazır ki, rəsmi Ankara bu məsələ ilə əlaqəli Ağ Evin yeni təklifini də rədd edib.

Ötən həftə Amerika tərəfi Türkiyəyə Rusiyanın “S-400” zenit-raket kompleksi əvəzinə “Patriot” satmaq istədiyini bildirmişdi. 2013-cü ildə Amerika “Patriot”a görə Türkiyədən 4.5 milyard dollar istəyirdi. Ancaq uzun-uzadı gedən danışıqlar nəticəsiz qalıb və razılaşma yenə də baş tutmayıb.

Düzdür, qiymət artıq 3.5 milyard dollara qədər enmişdi. Amma bu endirim çoxdan olub. Bu dəfə isə Vaşinqton qiymətin aşağı salınmasından və texnologiyanı verməkdən boyun qaçırıb.

Rəsmi Ankaranın hesablamasına görə, rusların təklif etdiyi “S-400” zenit-raket kompleksi ABŞ-ın təklif etdiyi “Patriot”dan 3 dəfə ucuz başa gəlir. Və Türkiyə Rusiyadan silah almaq məsələsində geri addım atmaq fikrində deyil.

“Yeni Şafak” yazır ki, ABŞ Türkiyənin Çindən silah almasına da 2013-cü ildə təpki göstərib. Ancaq Ankara hərbi texnikanın alınmasında milli və dövlət maraqlarına istinad etməyə üstünlük verir.

P.S. Ötən il Hindistan Rusiyadan 5 ədəd “S-400” zenit-raket kompleksi almaq üçün 5.4 milyard dollarlıq razılaşmaya imza atdı. ABŞ Hindistana rəsmən bəyan etdi ki, Rusiyadan silah alsanız, sizə sanksiya tətbiq olunacaq. Ancaq Hindistan ABŞ-dan “F-16” qırıcıları alsa, biz bu anlaşmaya göz yuma bilərik.

musavat.com

Yazının orijinal versiyası bu LİNK
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb