Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Sabah hava necə olacaq?

17:53  |    06 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5°, gündüz 8-11° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-5° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-8° isti olacağı gözlənilir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU
16.06.2019
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ
16.06.2019
Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır - Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?
16.06.2019
IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilir