ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyanı 4 ay müddətində tərk edəcəklərini deməsilə bağlı yayılan xəbərləri təkzib edib.

Onun sözlərinə görə, Suriyadan çəkilmənin konkret müddəti barədə Pentaqona heç bir təlimat verməyib.
“Suriyadan çəkilməyimiz mövzusunda “yavaş və ya sürətli olsun” deyə bir şey söyləməmişəm. Bəziləri 4 ay dediyimi bildirir, amma bunu da deməmişəm. Suriyadan müəyyən bir zaman müddətində çəkiləcəyik” – Tramp vurğulayıb.
Qeyd edək ki, “The New York Times” qəzeti Trampın ABŞ qoşunlarının Suriya ərazisindən tam çıxarılması prosesi üçün 4 ay vaxt verməyə razılaşdığını yazmışdı.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər