Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

ABŞ Suriyadakı qoşunlarını İraq Kürdüstanına yerləşdirir

21:12  |    02 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


ABŞ prezidenti Donald Trampın təlimatına uyğun olaraq Suriyadan çıxarılacaq Amerika qoşunları İraqın şimalındakı Kürd Muxtariyyətinin paytaxtı Ərbildəki Harir ABŞ aviabazasına göndəriləcək.

Azvision.az xəbər verir ki, bu barədə İraq Müştərək Əməliyyatlar Komandanlığının mətbuat katibi, general-mayor Yəhya Rəsul bəyan edib. Lakin o, Ərbilə göndəriləcək amerikalı hərbçilərin oranı nə zaman tərk edəcəklərini deməyib.

“Suriyadan çəkiləcək ABŞ qoşunları İraq mərkəzi hökumətinin nəzarətindəki ərazilərə deyil, Ərbilə gətiriləcək. Bəlkə də daha sonra Ərbildən ABŞ-a və ya başqa bölgələrə qayıdacaqlar. ABŞ hərbçilərinin Suriyadan Ərbil üzərindən çəkilməsi İraqın suverenliyinin pozulması anlamına gəlmir və həmin əsgərlər İraqda daimi əsasda qalmayacaqlar”, - deyə general-mayor bildirib.

Qeyd edək ki, Tramp qoşunların Suriyadan çıxarılacağını bəyan etsə də, ABŞ hərbçilərinin Ərəb Respublikasından necə çəkiləcəklərinə dair indiyədək Pentaqonun açıqladığı hansısa konkret yol xəritəsi yoxdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb