Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6666

Digər sorğular

Rusiya Ermənistana satdığı qazın qiymətini artırdı

11:15  |    01 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Rusiya əvvəlcədən xəbərdarlıq etdiyi kimi, Ermənistana satdığı qazın qiymətini artırıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 2019-cu ilin 1 yanvarından etibarən İrəvan Moskvadan aldığı qazın hər min kubmetri üçün ötən il olduğu kimi, 150 dollar deyil, 165 dollar ödəməli olacaq.

Artıq “Qazprom” bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, “Qazprom” nümayəndəsi Aleksey Millerlə Ermənistanın baş nazir müavini vəzifəsini icra edən Mqera Qriqoryan arasında anlaşma əldə olunub. Razılığa əsasən, 2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kunbmetr qaz alacaq.

Qeyd edək ki, Rusiya mənbələri Ermənistana satılan qazın 215 dollaradək başalanacağını anons etmişdilər. Lakin Rusiyada günlərlə davam edən danışıqların sonunda Kreml İrəvana güzəşt etdi.

Xatırladaq ki, 2016-cı ildə Rusiya Ermənistana satdığı qazın qiymətini 165 dollara qaldırsa da, sonradan Serj Sərkisyanın xahişi ilə qiymət 146 dollara endirilmişdi.

Hazırda İran da Ermənistana qazı 150 dollara satır. Nikol Paşinyan isə əhali üçün nəzərdə tutulan qazın tariflərini qaldırmamağın yollarını arayır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2020
KİV: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-a məxsus ola bilər - VİDEO
27.01.2020
Daha bir ölkədə koronavirus aşkarlanıb
27.01.2020
Brayantın öldüyü helikopterin pilotu erməni imiş
27.01.2020
Türkiyə Daxili İşlər naziri: dağıntılar altından 45 nəfər sağ çıxarılıb, 39 nəfər həlak olub
27.01.2020
İranda daha bir təyyarə qəzası - VİDEO