Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6697

Digər sorğular

Putin Ukrayna və Gürcüstan prezidentlərini saymadı

16:14  |    31 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə dünya ölkələrinin liderlərinə təbrik məktubları ünvanlayarkən bəzi istisnalar edib.

Belə ki, Putin Ukrayna prezidenti Petro Poroşenko və Gürcüstanın yeni dövlət başçısı Salome Zurabişvilini təbrik etməyib.

Modern.az-ın məlumatına görə, Poroşenko və Zurabişvilinin adı Kremlin rəsmi saytındakı təbrik ünvanlanan siyasətçilərin siyahısında yoxdur.

Hər bir siyasi liderə təbrikində Putin gələcəkdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və il ərzində həyata keçirilən layihələri müsbət dəyərləndirib.

Lakin o, Böyük Britaniya Kraliçası II Elizabet və ölkənin Baş naziri Teresa Mayı təbrik edərkən onlara "möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar" arzulasa da, beynəlxalq münasibətlərə toxunmayıb.

Putin, terrorla mübarizədə və suverenliyin qorunmasında Suriya prezidenti Bəşər Əsədə hərtərəfli kömək göstərəcəyini vəd edib.

Rusiya lideri ABŞ prezidenti Donald Trampu təbrik edərkən, "Rusiya-Amerika əlaqələri strateji sabitliyi və beynəlxalq təhlükəsizliyi təmin edən ən mühüm amildir" qeyd edib və Moskvanın dialoqa hazır olduğunu xatırladıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2020
Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia
16.02.2020
ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qaldı - FOTO
16.02.2020
Ərdoğan növbəti hərbi qiyamdan danışdı
16.02.2020
Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”
15.02.2020
Bu qarşıdurma Rusiyanı narahat edir - Ərdoğan