Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Azərbaycanlı milyarderin iş ortağı öldürüldü (VİDEO)

11:17  |    30 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Moskvada "Lukoil" neft şirkətinin baş podratçısı "Master-Neft" şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb. Hadisə dekabrın 29-da gecə baş verib.

Qaziler.az virtualaz.org-a istinadən bildirir ki, sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. Hadisə gecə yarısını keçmiş baş verib.

Şalyaxov "Master-Neft" şirkəti ilə yanaşı "Kit-Servis", "Uqra-Steklo", "Rusekooil", "Yunionstroy, "Profstroy", "Nefteqazinjinirinq" şirkətlərinin də təsisçisidir.

Hüquq-mühafizə orqanları qətlin üstünü tezliklə açıblar. Bildirilir ki, 61 yaşlı biznesmenin qətli məişət zəminində törədilib. Şübhəli şəxs qismində onun arvadının sevgilisi tutulub.

"Qətl məişət xarakteri daşıyır və mahiyyətcə biznesmenin uşağın dünyaya gəlməsindən sonra arvadı ilə maliyyə münaqişəsinin nəticəsidir"-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Rusiya İstintaq Komitəsinin Moskva idarəsində şübhəlinin tutulmasını təsdiqləyiblər. Açıqlanıb ki, həmin şəxs 1985-ci ildə anadan olub, hazırda dindirilir. Tezliklə ona ittiham elan ediləcək.

Saxlanılan şəxs hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarına düşüb. Kadrlara əsasən Şalyaxov gənc arvadı ilə binaya daxil olur, bir neçə saniyə sonra panika içərisində küçəyə qaçır. Bu zaman onun arxasınca qara gödəkçəli şübhəli şəxs binadan çıxıb qaçır.

Qeyd edək ki, "Lukoil"in sahibi azərbaycanlı milyarder Vahid Ələkbərovdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb