Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

İsrail Süleymanini Suriyada öldürdü – Sensasion iddia

16:30  |    27 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


İsrail ordusunun Suriyanın Cumraye tədqiqat mərkəzinə endirdiyi aviazərbələr nəticəsində 17 zabit və əsgər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə informasiya Suriya müxalifətindəki "etibarlı mənbələr"ə istinadən yayılıb. Məlumata görə, öldürülənlər arasında 3 yüksək vəzifəli İran zabiti də olub. Öldürülən iranlı zabitlərdən birinin briqada generalı, ikisinin isə polkovnik olduğu vurğulanıb.

Sayt həmçinin sosial şəbəkələrdə SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymaninin öldürülməsi barədə məlumatların yayıldığını bildirib. Bu şayiələri general Süleymaninin İranın məşhur din və dövlət xadimi Mahmud Haşemi Şahrudinin dəfn mərasimində iştirak etməməsi daha da gücləndirib.

Tehran hələlik Suriyada iranlı zabitlərin öldürülməsi xəbərini təsdiq etməyib.

Qeyd edək ki, 2 gün öncə İsrail qırıcıları Livan hava məkanında Suriya ərazisinə girərək, Dəməşq yaxınlığında hərbi bazaları hədəf almışdılar. İsrail zərbələrin İran bazalarına endirildiyini açıqlamışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
Lavrov: "Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir"
19.02.2020
Türkiyə Liviyaya muzdlu döyüşçülər göndərib - Liviyalı nazirdən gülünc iddia
19.02.2020
İranda 2 nəfər koronavirusdan öldü
19.02.2020
Türkiyə Prezidenti: “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”
19.02.2020
ABŞ-da çoxarvadlılığa icazə veriləcək...- GÖZLƏNİLMƏZ