Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Bakıda böyük oğurluq - 65 min manat, 5 min dollar və 15 min manatlıq qızıl aparılıb - VİDEO

22:42  |    23 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Bakıda mənzilə pəncərədən daxil olan şəxs və ya şəxslər evdən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində baş verib. Ev sahibi Gülbahar İbrahimovanın sözlərinə görə, hadisə yaxın qohumlarının yas mərasiminə getdikləri vaxt olub. Hadisədən isə kiçik oğlu axşam saatlarında evə gələrkən xəbər tutub.


Qadının sözlərinə görə, naməlum şəxs və ya şəxslər evə pəncərədənb daxil olduqdan sonra şkafdan 64 min 500 manat pul, 5 mindən çox dollar və 15 min manata yaxın dəyəri olan qızıl zinət əşyası oğurlayıblar. Onlar dəhal hadisə ilə bağlı ərazi üzrə 4-cü polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə gələn əməliyyat qrupu evdən əl barmaq izləri götürüblər.


Zərərçəkmişin sözlərinə görə, həmin mənzildə bir neçə il olar ki, yaşayırlar. Amma bu vaxta qədər nə qonşularla, nə də qohumları ilə ədavətləri olmayıb. Bu səbəbdən də qadın hadisə ilə bağlı konkret olaraq kimdənsə şübhələnmir.


Məsələ ilə bağlı 4-cü polis şöbəsindən bildirdilər ki, hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur. Amma fakta görə Binəqədi rayon polis idarəsinin istintaq söbəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.08.2019
Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - VİDEO
24.08.2019
Abel Məhərrəmovun kürəkəni Türkiyədə vəfat etdi
24.08.2019
Şəhidin qardaşı intihar edib: "Dolana bilmirəm..."
23.08.2019
“İnterpol” xətti ilə axtarışda olan Almaniya vətəndaşı Azərbaycanda tutulub
22.08.2019
Bakıda taxta bazarında yanğın söndürülüb - VİDEO