Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Mənsimov böyük mərasim keçirdi: Kimlər gəldi? - Video

17:09  |    22 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Holdinq”in fəaliyyətə başlamasının 20 ili tamam olub.

Axar.az xəbər verir ki, dünyanın ən nüfuzlu dənizçilik şirkətləri sırasında xüsusi yer tutan soydaşımız Mübariz Mənsimova məxsus “Palmali Holdinq”in quruluşunun 20-ci ildönümü İstanbulun Çırağan Sarayında böyük təntənə ilə qeyd edilib. 5 qitədə və 7 dənizdə fəaliyyət göstərən, donanmasında 100-dən çox müxtəlif tonnajlı gəmilər olan, neft, neft məhsulları və digər məhsullar da daxil olmaqla, illik yükdaşıma qabiliyyəti 200 milyon tondan artıq olan “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun təşkil etdiyi 20-ci ildönümü mərasiminə rəsmi şəxslər, millət vəkilləri, tanınmış ictimai xadimlər və media mənsublarından ibarət 500 nəfər civarında qonaq qatılıb.

Əsasən, Türkiyə, Azərbaycan və Rusiyadan olan iş adamlarının çoxluq təşkil etdiyi qonaqların arasında Bülənt Eczacıbaşı, Fikrət Orman, Orhan Gencebay, Hakan Atəş, Fəttah Tamince, Fatih Saraç, Mustafa Taviloğlu, Murad Tokat, Mustafa İlbak, Vahid Mustafa, Zəfər Yıldırım, Ercan Saatçı, Taylan Bilgen, Mehmet Akbay, Serra Tokar, Sərdar Cümbüş, Mahsun – Ece Kırmızıgül, Əli Ağaoğlu, Hülya Avşar, Alı Kibar, Hamdi Akın, Mətin Şəntürk, Müşərref Akay, Hasan Yaşıldağ və tanınmış modelyer Fəxriyyə Xələfova kimi nüfuzlu simalar yer alıb.

Mərasimdə çoxsaylı qonaqlarla yanaşı, Türkiyə, Azərbaycan və Rusiyanın tanınmış sənət ulduzları – Sibel Can, Brilyant Dadaşova, Kubat, Elnur Hüseynov, Nikolay Baskov və başqa sənətçilər iştirak ediblər.

“Palmali” Türkiyəyə sərmayə yatırmağa davam edəcək

Mərasimə oğlu ilə birlikdə qatılan Mənsimov jurnalistlərlə söhbətində Türkiyə iqtisadiyyatına kapital qoyuluşunu davam etdirəcəyini deyib:

“Bu gün 20-ci ildönümümüzü qeyd edirik. Bu münasibətlə bizim sevincimizə şərik olan hər kəsə minnətdarlığımı bildirirəm. Dənizçilik sektorunda fəaliyyət göstərmək baxımından 20 il çox yaxşı göstəricidir. İnşallah, fəaliyyətimiz 20, 40, 50 il deyil, hər zaman davam edəcək. “Palmali” Türkiyənin dənizçilik sektoruna sərmayə yatırımlarını davam etdirəcək. “Palmali” bir türk markasıdır. Dünyada da var, var idi və olacaq. Fikrimcə, 2019-cu ildə qlobal konyukturanı indidən görə bilənlər üçün Türkiyə çox yaxşı mövqedə qərarlaşıb. Təşvişə düşməyə əsas yoxdur. Dünyada hər kəsə məlum olan müəyyən iqtisadi məhdudiyyətlər mövcuddur, ancaq vəziyyət belə qalmayacaq, hər məhdudiyyətin bir genişliyi var. Türkiyə imkanları geniş olan çox gənc nəslə malikdir. 2019-cu ilin türk xalqı üçün çox uğurlu olacağına inanıram”.

Məşhur iş adamı 20-ci ildönümü mərasiminin açılış nitqində “Palmali”nin uğurlarında böyük pay sahibi olan şirkət əməkdaşlarının əməyini yüksək qiymətləndirib. Onun dənizçilərə yönəlik minnətdarlıq mesajı alqışlarla qarşılanıb:

“Xoş gəlmisiz. Bizim üçün çox əlamətdar olan bu tarixi təbrik etmək üçün gələn hər kəsə təşəkkürlər. Biz burada ikən, kapitanlarımız dənizlərdə fırtınalarla çarpışırlar, bu gün burada olmağımızın əsas səbəbkarları məhz dənizçilərdir. Onlara minnətdarlığımı bildirir, qarşılarında baş əyirəm”.

Mərasimin bədii hissəsində ilk olaraq səhnəyə çıxan Kubat “Palmali”yə və holdinqin sahibi Mübariz Mənsimova daha böyük uğurlar arzulayıb:

“Xüsusi seçilən bir insan bu gün bizləri bir araya gətirib. Mübariz Mənsimov Azərbaycanın Türkiyədəki etibarını daha da gücləndirən və dostluq naminə canını belə əsirgəməyən bir insandır. Sizinlə fəxr edirik, uğurlarınız daimi olsun”.

Kubatın ifası zamanı səhnəyə çıxan Brilyant Dadaşova öz möhtəşəm rəqsi ilə gecəyə əlavə rəng qatıb.

“O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi Elnur Hüseynov isə təqdim etdiyi dünya musiqisinin seçmə kompozisiyaları ilə qonaqlara böyük zövq yaşadıb.

Sibel Candan bənzərsiz performans!

Daha sonra səhnəyə çıxan populyar müğənni Sibel Can ifa etdiyi “Səndən başqa kimsəm yox” mahnısı və qaynar rəqsləri ilə qonaqları ovsunlayıb. Səhnədə şıx və dinamik hərəkətləri ilə publikanı coşduran Sibel Can yerinə düşən zarafatları ilə də diqqəti cəlb edib. Sibel Can ifadan sonra “Palmali”ni 20-ci ildönümü münasibətilə təbrik edərək, holdinqə uğurlar diləyib:

“20-ci ildönümü mərasimində sizlərlə birlikdə olmaq qürurverici hissdir. Bundan sonra da neçə-neçə ildönümlərini birlikdə qeyd edək”.

“Palmali”nin 20-ci ildönümü münasibətilə tort kəsildi

“Palmali Holdinq”in qurucusu Mübariz Qurban oğlu Mənsimov 20-ci ildönümü münasibətilə hazırlanmış tortu biznes həmkarları və şirkət əməkdaşları ilə birlikdə kəsib. Bu zaman sənət yoldaşı Orhan Gəncəbaya yaxınlaşan Sibel Can “Sevərək ayrılalım” mahnısını onunla birlikdə səsləndirib.

Mahsun Kırmızıgül 12 il sonra yenidən səhnəyə çıxdı

Daha sonra “O da bu ailədən olduğu üçün sözümüzü yerə salmaz” deyərək, Mahsun Kırmızıgülə yaxınlaşan Sibel Can “Qardaş türküsü”nü səsləndirərək, həmkarını səhnəyə dəvət edib. Səhnəyə çıxan Mahsun Kırmızıgül öncə “Palmali”yə xoş arzularını çatdırıb:

“Sizə bundan sonra da uğurlar arzulayıram. Sizləri daha gözəl günlər gözləyir”.

12 ildir səhnəyə çıxmadığını deyən mahsun Kırmızıgül “Mehriban” mahnısını Sibel Canla birlikdə səsləndirərək, qonaqları xeyli duyğulandırıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
İran məktəblərində Azərbaycan dili tədris olunacaq
25.08.2019
Türkiyə ordusunda narazılıq: 5 general istefa verdi
25.08.2019
Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər
25.08.2019
II Yelizaveta Trampa görə qazonun korlanmasından şikayətlənib - VİDEO
25.08.2019
İsrail hərbçiləri Suriyadakı İran hədəflərinə zərbələr endirib