Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6440

Digər sorğular

İspaniyanı iki partiya idarə edəcək

20:54  |    25 May 2015  |   E-mail  |  Çapa göndər

İspaniyada təxminən 35 milyon seçicinin qatıldığı bələdiyyə seçkisi ölkənin demokratiya tarixində yeni siyasi dövrün başlanğıcı sayılacaq nəticələrlə yadda qalıb.

Axar.az xəbər verir ki, ölkədə qəbul olunan iki partiyalı (Xalq Partiyası (PP) və Sosialist Fəhlə Partiyası (PSOE) siyasi quruluş dünən keçirilən seçkilərdən sonra yenə də qalib gəlib.

Lakin iqtisadi böhran zamanı yaranan Podemos Partiyası və ilk dəfə seçkilərə qatılan Ciudadanos (Vətəndaşlar) Partiyası heç bir böyük şəhərdə qalib gələ bilməsə də, yerli məclislərdə təmsilçilik hüququ qazana biliblər.

İspaniya baş nazirinin müavini və hökumət sözçüsü Soraya Saenz de Santamaria seçkilərdə fəallığın 2011-ci illə müqayisədə 2 faiz aşağı endiyini (64,77 faiz) açıqlayıb.

İlkin nəticələrə görə, hazırkı iqtidar Xalq Partiyası ümumi səslərin 26 faizini qazanaraq qalib elan olunub. Partiya 13 muxtar rəhbərliyin 9-da və ölkə daxilində 31 böyük bələdiyyə seçkilərində qalib gəlsə də, bu nəticə ötən seçkilərlə müqayisədə ciddi itki hesab olunur.

Ana müxalifətdə yer alan PSOE səs itkisinə məruz qalmasına baxmayaraq, 25 faiz səslə 13 böyük şəhərdə lider olub.

İspaniyanın ən mühüm şəhərlərindən olan Barselonada isə tarixi nəticə əldə olunub. Podemos Partiyasının dəstəklədiyi Ada Kolau 1 yer fərqlə Barselonada ən çox səs qazanıb. Kolau Barselona şəhərinin ilk qadın bələdiyyə başçısı olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
Putindən əməliyyat əmri: Ankara itirilir?
22.08.2019
Petrosyandan həmlə: rusofoblar Ermənistan XİN-i ələ keçirir
22.08.2019
ABŞ Qafqaza girir: Kremlin cavabı... - Ekspert
22.08.2019
Moskvada anti-erməni kampaniyası
21.08.2019
Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm