Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Ermənistanda etiraz aksiyası: nazirlik əməkdaşları ayağa qalxdı - VİDEO

09:13  |    22 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Paşinyan dəyişikliklər vəd etsə də, Ermənistanın sosial problemləri hər gün bir az da artır.

Ermənistanda ölkənin strateji müəssisələrindən olan "Nairit" kimya zavodunun keçmiş əməkdaşları yenidən hökumət binası qarşısında aksiya keçiriblər. Etirazçılar zavodun fəaliyyətinin bərpasını və illərdir ala bilmədikləri əməkhaqlarının ödənilməsini tələb edirlər.

Bir neçə il əvvəl Ermənistanın iri müəssisələrindən olan "Nairit" kimya zavodunun müflis olması ilə yüzlərlə mütəxəssis işsiz qalıb. Etirazçıların sözlərinə görə, Ermənistandakı "məxməri inqilab" onların müəssisəsinə hələ gəlib çıxmayıb. Kimya zavodunun öz əməkdaşlarına 15 milyon dollardan artıq borcu var. Bu məbləğ4-cü ildirödənilmir.Dəfələrlə hökumətə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir. Zavod əməkdaşları məsələ ilə bağlı beynəlxalq məhkəməyə də müraciət ediblər. Onlar mütəmadi olaraq hökumət binası qarşısında toplaşırlar. Problemi aradan qaldırmaq üçün hətta kimya müəssisəsi satışa çıxarılıb. Lakin nə yerli, nə də xarici investorlar zavodu almağa təşəbbüs göstərmirlər. Hökumət binası qarşısında toplaşan əməkdaşlar rəsmilərlə görüş tələb ediblər.Bu cəhdləridə cavabsız qalıb. Etirazçılar deyirlər ki, Ermənistan hökumətinin başı vəzifə bölgüsünə qarışıb.

Bu arada, Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşlarıda baş nazirNikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraqtətil vəhökumət binasının qarşısında etiraz mitinqi keçirirlər. Dövlət qulluqçuları Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz edirlər. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin isə əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir. Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.

Ermənilər Moskvada daetiraza hazırlaşırlar. Sabah Ermənistanın eks-prezidenti Robert Koçaryanın tərəfdarlarıErmənistanın Moskvadakı səfirliyinin qarşısında mitinq keçirəcəklər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
İran məktəblərində Azərbaycan dili tədris olunacaq
25.08.2019
Türkiyə ordusunda narazılıq: 5 general istefa verdi
25.08.2019
Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər
25.08.2019
II Yelizaveta Trampa görə qazonun korlanmasından şikayətlənib - VİDEO
25.08.2019
İsrail hərbçiləri Suriyadakı İran hədəflərinə zərbələr endirib