Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6664

Digər sorğular

Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi

18:56  |    21 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qaziler.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.

Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.01.2020
Nikol Qarabağ danışıqlarının detallarını açdı: Bunu qəbul edəkmi?
25.01.2020
XİN: Azərbaycan qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazırdır
24.01.2020
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24.01.2020
Corc Dik: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
23.01.2020
XIN: Ermənistan 20 Yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır