Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

Ermənistana 8 gündür silah daşınır? – Şayiənin şok səbəbi

20:43  |    20 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanın həm ABŞ, həm də Bolqarıstanla arasını vurmaq istəyən qüvvələr var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, həm ABŞ-da, həm də Bolqarıstanda erməni lobbisi var və onlar da Azərbaycanın ABŞ və Bolqarıstanla sıx münasibətlərindən narahatdır:

“Bir neçə gündür mediamızda belə bir xəbər yayılır ki, guya ABŞ Bolqarıstan üzərindən Ermənistana silah ötürür. Bu xəbərin mənbəyi hansısa Rusiya saytıdır. Kim zəmanət verir ki, Rusiya saytının yaydığı xəbər həqiqətə uyğundur? Bu xəbərin dezinformasiya olması istisna deyil”.

Politoloq mülahizələrini davam etdirərkən, gələn il TAP boru xəttinin işə düşəcəyini xatırladıb:

“Azərbaycan Bolqarıstana qaz satacaq, bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstanın qazpaylaşdırıcı sisteminə sahib olmalıdır. Azərbaycanın Bolqarıstandakı rəqibi isə Rusiya və bu ölkənin “Qazprom” şirkətidir. Ona görə də Rusiyadan ötürülən (dez)informasilayalarda diqqətli olmalıyıq”.

Qeyd edək ki, Rusiya mənşəli “EADaily” saytının məlumatına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.

Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir. Məlumatda son bir həftə ərzində Bolqarıstanın “Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin “EW-450TR” reqistrasiya nömrəsi altında Ermənistana uçduğu göstərilir.

Bundan əlavə, türkiyəli bloger Yürük İşıq da “Flightradar 24" naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
06.12.2019
Qərbi azərbaycanlıların deportasiyasının 31 ili
06.12.2019
Zakir Həsənov səfirlə Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsini müzakirə edib
05.12.2019
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
05.12.2019
Azərbaycan XİN başçısı: “Mnatsakanyan Helsinki Yekun Aktını bir də oxusun”