Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Azərbaycan-Türkiyə müdafiə sənayesi üzrə zirvə görüşü keçiriləcək

18:31  |    19 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur. İclas dekabrın 20-dək davam edəcək.

Yaxın zamanlarda Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin qardaş ölkələrimiz arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi planlaşdırılır.

Zirvə görüşü sentyabrda Bakıda keçirilən “ADEX 2018” üçüncü Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən təşkil olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb
16.08.2019
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI