Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

21:35  |    14 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərlə görüşü zamanı Rusiya və Belarusun Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı səyləri barədə danışıb.

Modern.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevandakı samiti zamanı Serj Sarkisyana da müvafiq təklif verilmişdi.

“Mən Azərbaycanı və Ermənistanı kompromis qərar verməyə çağırdım. Belarus və Rusiya müqavilənin təminatçısı rolunda çıxış etməli və müəyyən razılaşmaların pozulması halında öz qoşunlarını regiona yeritməli idilər. Biz onda açıq dedik, 7 rayon işğal olunub. Serj, 5 rayonu qaytar. Onsuz da onlar boş qalıb, nə səbəbə qaytarmayasan? O isə “qaytarsam, onlar yolları kəsəcək və bütün Qarabağı işğal edəcək. Biz buna gedən deyilik”-deyə cavab verdi. Mən açığı bu cavabdan təccüblənmişdim. Axı o 5 rayon boş qalıb. Bu ilk addım ola bilərdi. Azərbaycan da, Ermənistan da Avrasiya İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilərdi. Bu Azərbaycanın təşkilata üzv olması üçün əsas şərt ola bilərdi. Niyə imtina etdiniz? Yaxşı, Belarusu qoyaq kənara, axı Rusiya özü müharibənin olamayacağına təminatçı idi”.

Belarus lideri Ermənistanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulma perspektivlərini də xatırlayıb. Onun fikrincə, qaz kəmərinin Ermənistandan keçərək Türkiyəyə getməsi daha sərfəli olsa da, zamanında Serj Sarkisyan bu təklifi də geri çevirmişdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb
16.08.2019
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI