Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

Ermənistan təkləndiyini etiraf etdi - işğalçı üçün son şans

23:38  |    13 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Rəsmi İrəvan Azərbaycan ərazilərinin işğalına son verəcəkmi; Elxan Şahinoğlu: “Azərbaycanla sülh Ermənistanın xilas yoludur”

Azərbaycan uzun illərdir ki, Ermənistana çağırış edərək torpaqlarımızı işğaldan azad etməyə, bunun qarşılığında bölgədəki nəhəng layihələrdə pay sahibinə çevrilib öz xalqını da fəlakətli vəziyyətdən xilas etməyə çağırır. Ancaq nə Robert Köçəryan, nə də Serj Sərkisyan prezident olduğu dönəmdə Bakının bu çağırışlarını düzgün dəyərləndirmədi. Ancaq hazırda hakimiyyət başına gələn Nikol Paşinyan və komandası yoxsulluq və səfalət içərisində vurnuxan ölkəni xilas üçün baş sındırmaqdadır. Maraqlısı budur ki, artıq Ermənistanın yeni hakimiyyəti də təkləndiyini rəsmən etiraf etməkdədir. Moderator.az xəbər verir ki, uzun illərdir ki, bir tərəfdən Türkiyəyə qarşı qondarma “soyqırım” iddiası ilə çıxış edən, Azərbaycan torpaqlarını işğalda saxlayan, digər yandan isə Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan rəsmi İrəvan məyusluq dolu bəyanatla çıxış edib.

Ermənistan XİN-i verdiyi açıqlamada qeyd edib ki, Türkiyə ilə münasibətləri hər hansı ön şərt irəli sürmədən normallaşdırmağa hazır olsalar da, Ankara münasibətlərin nizamlanmasında maraqlı görünmür və müəyyən şərtlərlə çıxış edir. Bəyanatda qeyd edilib ki, mövcud situasiyada Ermənistan “təkbaşına tanqo oynayan tərəf” kimi görünür. Ermənistan XİN-i vaxtiylə Sürix protokollarının qəbul edilməməsindən də məyusluğunu ifadə edib. Xarici işlər naziri vəzifəsini icra edən Mnatsakanyan qeyd edib ki, onlar Sürix protokolunun qəbul edilməsini 9 il gözləslər də, bu baş verməyib. Mnatsakanyan Sürix protokollarının reallaşamamasına görə də Türkiyə tərəfinin məsuliyyət daşıdığını bildirib.

Xatırladaq ki, rəsmi Ankara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyənə qədər bu ölkə ilə münasibətləri bərpa etməyəcəyini bildirib. İrəvanın hələ də zəbt etdiyi torpaqları azad etmək niyyətində olmadığını nəzərə alsaq, ehtimal etmək olar ki, Ermənitan bundan sonra da regionda təkbaşına tanqo oynamaq məcburiyyəti qarşısında qalacaq.

Beləliklə, İrəvan özünün təcrid vəziyyətində olduğunu rəsmən etiraf edir. Yeni hökumət Türkiyə ilə əlaqələrin qurulmasına cəhdlər də göstərir. Hazırda Ermənistanın Rusiya ilə əlaqələri də getdikcə pisləşir. Eyni zamanda Rusiya ilə yeganə quru yolunun taleyi də hava şəraitindən asılı qalıb. Digər qonşu dövlət İranın durumu isə məlumdur. Hətta Paşinyan hansısa məqamda sanksiyalarla üzbəüz olan İranla sərhədin bağlanmasını da istisna etməyib.

Azərbaycan prezidenti dekabrın 13-də deyib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir: “Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”.

Prezident deyib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub. “O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”. Əslində dövlət başçısı təklənmiş durumda olan Ermənistana xilas yolunu göstərib.

Belə olan halda çox maraqlıdır, İrəvan hansı yolu seçəcək, torpaqları işğaldan azad etmək yolunu seçib Azərbaycanla anlaşmayamı gedəcəkmi? Məsələn, Paşinyan xalqı ağır gündən çıxartmaq üçün ərazilərin bir hissəsinin işğalına son verməyin zəruriliyini bəyan edə bilərmi? Yoxsa Qərbdəki havadarları Ermənistanı xilas üçün yenə hərəkətə keçib Sürix protokollarına bənzər layihə ortaya çıxaracaqlar?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müsavat.com-a dedi ki, Paşinyanın ən böyük problem qonşu dövlətlər münasibətləri necə tənzimləyəcəyidir. Məsələn, neçə gündür Ermənistan Gürcüstan üzərindən mallarını Rusiyaya keçirə bilmir və ya tərsinə. Çünki dağlardan keçən yolar qar ucbatından keçilməzdir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan ümidi Gürcüstan üzərindəki qarla dolu olan yola bağlı olacaq. Paşinyanın komanda üzvləri Türkiyə ilə münasibətlərinin normallaşdırılmasını istəyirlər. Ancaq bunun şərti bəllidir. Ermənistan ilkin olaraq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Paşinyan isə özündən əvvəlkilər kimi buna hazır deyil. Ona görə də Paşinyan və onun komanda üzvləri nə qədər Türkiyənin ünvanına sətiraltı mesajlar göndərsələr də, Ankaranın Ermənistana münasibəti dəyişməyəcək və elə ermənilər təkbaşına tanqo oynamaqda davam edəcəklər”.

Politoloqun sözlərinə görə, Ermənistan nə qədər ağır vəziyyətdə olsa da , təəssüf ki, bu ölkənin heç bir yeni lideri torpaqlarımızın qeyd-şərtsiz boşaldılması qarşılığında Azərbaycanla sülhə hazır deyil və olmayacaq: “Məntiqlə Azərbaycanla sülh Ermənistanın xilas yoludur. Ancaq ermənilərin mütləq əksəriyyəti bu xilas yolundansa, həyatlarını zülmə çevirməyi üstünlük veriblər. Belə olan halda, bizim də vəzifəmiz onların həyatını daha çox zülmə çevirməkdir”.

E.Şahinoğlu onu da bildirdi ki, Rusiya prezidenti Vladimir Putinin hələ də Nikol Paşinyanı qələbə münasibətilə təbrik etməməsi İrəvanı ciddi narahat edir: “Bunun isə səbəbi bəllidir. Çünki Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Köçəryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Köçəryanı həbsinə göz yumması anlamına gələrdi. Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxınlığa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək. Paşinyanın hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir. Köçəryan tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan Nikol Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər. Robert Köçəryanın reytinqi yüksək deyil ki, xalq Köçəryan tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz səngiyəcək. Gürcüstanda da belə oldu. Qrirol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı. Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Nikol Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq”.

İrəvandan Türkiyəyə mesajların çoxalması da diqqəti cəlb edir. Ermənistan hakimiyyəti sələflərinin səhvlərini təkrarlamaq istəmir. Ancaq Türkiyənin mövqeyi bəllidir. Rəsmi Ankara növbəti dəfə bəyan edib ki, Ermənistan münasibətləri normallaşdırmaq istəyirsə, öncə Azərbaycan ərazilərini işğaldan azad etməlidir.

Erməni türkoloq Ruben Melkonyan deyib ki, Türkiyə erməni məsələsində güzəştə getmək istəmir. “Yeni Müsavat” erməni mediasına istinadən bu barədə xəbər verir. Ekspert ümidsiz danışıb və deyib ki, 1992-ci ildən bəri Türkiyənin mövqeyində heç nə dəyişməyib.

“Türkiyə ilə bağlı Paşinyan hakimiyyəti nəbz yoxlaması edir”. Bu sözləri isə Axar.az açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Qərb tərəfindən İrana tətbiq olunan sanksiyalar onsuz da iflas vəziyyətdə olan Ermənistan iqtisadiyyatını çox ciddi təsir göstərəcək: “Bu şübhəsizdir. Ermənistan ətrafında çəmbər daralır. İndiki mesajların bir neçə tərəfi var. Birincisi, şübhəsiz ki, provokativ addımlardır. Yəni Türkiyədən bu mesaja necə reaksiyalar gələcəyini hesabalamağa çalışırlar. İkincisi isə bu mesajın növbəti dəfə ünvanlanmasının səbəbi Türkiyə-Azərbaycan münasibətlərində hər hansı bir formada çat yaratmaq istəyi ilə bağlıdır. Təbii ki, bu da mümkün deyil. Üçüncüsü, bütün bunlar şübhəsiz ki, Ermənistanın nəfəsliyinin daralması ilə bağlıdır”. Analitikin sözlərinə görə, elə bir situasiya yarana bilər ki, Ermənistan üçün yeganə çıxış yolu Türkiyə ilə münasibətlərinin normaya qoyulmasından ibarət olsun:

“Bu halda isə situasiya ona doğru gəlib çıxaracaq ki, Türkiyə ən sərt formada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini gündəmə gətirəcək. Yəni hazırda proseslər o istiqamətdə cərəyan edir ki, Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu artıq qabarıq şəkildə özünü büruzə verməkdədir”.

Qeyd edək ki, 9 dekabr seçkilərinin dərhal ardından Paşinyan Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı açıqlama verib.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
06.12.2019
Qərbi azərbaycanlıların deportasiyasının 31 ili
06.12.2019
Zakir Həsənov səfirlə Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsini müzakirə edib
05.12.2019
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
05.12.2019
Azərbaycan XİN başçısı: “Mnatsakanyan Helsinki Yekun Aktını bir də oxusun”