Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Gürcüstan Parlamentində deputatlar arasında dava düşüb - VİDEO

17:41  |    12 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Prezident seçkiləri məsələsi Gürcüstan Parlamentində Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə Vətənpərvərlər Alyansı Partiyasının üzvləri İrma İnaşvili və Emzar Kvitsiani arasında əlbəyaxa davaya səbəb olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansı Partiyasının deputatlarını qıcıqlandırıb.

Deputat yenidən Gürcü Arzusu Partiyasını tənqid edərək onların seçkini saxtalaşdırdıqlarını bildirib. Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia isə onun sözünü bir neçə dəfə kəsib. İrma İnaşvili deputatı sakitləşməyə, dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə Nika Melianın yanına gedib və mübahisə edib.

Bundan sonra Gürcüstan Parlamentinin iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansı partiyalarının deputatları arasında fiziki qarşıdurma baş verib.

"Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat Partiyası vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” - deyə İrakli Kobaxidze Parlament sədri tribunasından bildirib.

Daha sonra Parlamentin sədri texniki fasilə elan edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
İran məktəblərində Azərbaycan dili tədris olunacaq
25.08.2019
Türkiyə ordusunda narazılıq: 5 general istefa verdi
25.08.2019
Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər
25.08.2019
II Yelizaveta Trampa görə qazonun korlanmasından şikayətlənib - VİDEO
25.08.2019
İsrail hərbçiləri Suriyadakı İran hədəflərinə zərbələr endirib