Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6442

Digər sorğular

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı Müdafiə Nazirliyində təqdim olundu

12:32  |    11 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr olunmuş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr olunmuş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimat mərasimi keçirilib.

Qaziler.az bildirir ki, mərasimdə Bakı Qarnizonunun hərbi hissələrinin, qoşun növlərinin, xüsusi təyinatlı təhsil müəssisələri¬nin, veteran təşkilatlarının nümayəndələri, kitabı ərsəyə gətirmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşları, eləcə də Mehdi Hüseynzadənin ailə üzvləri iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, general-mayor Gəray Bağırov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri, polkovnik Aqil Haqverdiyev, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev və əsərin tərcüməçisi Fərhad Abdullayev çıxış ediblər.Çıxışlar zamanı nəşr haqqında ətraflı məlumat verilib, igid qəhrəmanın həyat və döyüş yolunu canlı şahidlərin xatirələri, sənədlər, mətn və faktlarla işıqlandıran əsər və onun müəllifi – məşhur Sloveniya yazıçısı Peter Amaliettinin yaradıcılığı barədə fikirlər söylənib.

Daha sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı qrupu tərəfindən Mehdi Hüseynzadənin kitabda təqdim olunan şeirləri əsasında hazırlanmış musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirin sonunda Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov qəhrəmanın ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidentinə, əsəri Azərbaycan dilinə tərcümə və nəşr etmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinə, həmçinin təqdimat mərasimi¬nin təşkilinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi¬nə təşəkkürünü bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Aqil Abbas: “Bu AYB-nin xalqa, dövlətə axı nə ziyanı var?”
18.08.2019
Əkrəm Əylisli müsahibə zamanı ağladı - VİDEO
06.07.2019
İkinci Mahmudun dəfn olunacağı yer müəyyənləşib
30.05.2019
Xalq yazıçısı Afaq Məsuddan Vladimir Poznerə açıq məktub
25.05.2019
Musa Yaqubun oğlu: “Sərəncamı oxuyub çox sevindik”