Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Bürünc medallar Qəbələyə aparılacaq

17:50  |    25 May 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün bürünc medalları Qəbələyə aparılacaq.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

O, bildirib ki, PFL prezidenti Ramin Musayev də medalları təqdim etmək üçün Qəbələdə olacaq. Çünki hazırkı vəziyyətdə bürünc medala ən yaxın komanda "Qəbələ"dir: "Neftçi" ən yaxın qonşusundan 3 xal geri qalır. Son turda "Qəbələ" məğlub, "Neftçi" qalib olarsa, turnir cədvəlində xallar bərabər olacaq. Öz aralarındakı oyunlarda da eyni nəticələr qeydə alınıb. Lakin ümumi qol fərqinə görə, "Neftçi" bürünc medala sahib çıxmaq üçün 4 top fərqi ilə qalib gəlməli, "Qəbələ" isə rəqib qapısından top keçirmədən məğlub olmalıdır".

Premyer Liqanın cari mövsümünün son turunun oyunları mayın 28-də keçiriləcək. "Qəbələ" doğma meydanda "Bakı"nı, "Neftçi" isə AZAL-ı qəbul edəcək. Hazırda paytaxt təmsilçisi turnir cədvəlində "qırmızı qaralar"dan 3 xal geridə - 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, mövsümün qızıl və gümüş medallarının sahibləri "Qarabağ"la "İnter" ötən tur "İnter Arena"da mükafatlandırılıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək