Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

22:22  |    06 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Qaziler.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti, dekabrın 5-də ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə Milanda baş tutan görüşü barədə məlumat verib.

Daha sonra nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi layihələrindən bəhs edib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.

Uess Mitçel ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini qeyd edib və Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb
16.08.2019
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI