Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

"Mauqli”nin nokauta saldığı idmançı kimin cangüdənidir?

20:47  |    04 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


“Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Zabit Səmədovun Belarusda keçirilən görüşdə nokauta salaraq qalib gəldiyi idmançı, rusiyalı “Molekul Ada” ləqəbli Yevgeni Orlov İtaliyada yaşayan tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Qaziler.az Reyting.az-a istinadən xəbər verir ki, Yevgeni Orlov bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın paytaxtı Bakıda da olub. Onun ölkəmizə gəlməsinin səbəbi Füzuli Məmmədovun bacısının vəfat etməsi ilə bağlı olub. Tanınmış iş adamının mühafizəçisi kimi hüzr mərasimində iştirak etmək üçün Ordubad rayonuna gələn Yevgeni Orlov sonradan Füzuli Məmmədovla Bakıya gələrək bir neçə gün burada da qalıb.

Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun fikrincə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb. Zabit Səmədovla qürur duyduğunu vurğulayan Füzuli Məmmədov onun yarışlarını sevə-sevə izlədiyini, uğurlarına sevdindiyini dilə gətirib. Onun vətənpərvər idmançı kimi Azərbaycan gənclərinə örnək olduğunu ifadə edib. O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır.

F. Məmmədov bildirib ki, Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Onun fikrincə, beynəlxalq səviyyəli idman yarışlarının Azərbaycanda keçriliməsinin ölkəmizin dünyadakı milyonlarla idman həvəskarına tanınmasında mühüm rolu var. F. Məmmədov belə bir turnirin Bakıda da keçrilməsini istəyir və dəstək verməyə hazır olduğunu bildirir. O, qeyd edib ki, Bakıda keçrilən rinqdə Y. Orlov və digər peşəkar idmançılar da rinqə çıxa bilərlər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar
21.01.2020
Sabiq komandirin nəvəsi çempion oldu
18.01.2020
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18.01.2020
Rusiyalı idmançı millimizdən qovuldu
14.01.2020
Konor yenə "qaşınır": "Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”