Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

14:19  |    01 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun vəfatı ilə əlaqədar bu ölkənin hazırkı rəhbəri Donald Trampa başsağlığı verib.

"Report"un məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlət başçısı ABŞ-ın 43-cü Prezidenti, C.Buşun oğlu Corc Uoker Buşa da başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri,

Atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib
18.10.2019
Əkrəm İmamoğlu: “Azərbaycan xalqına neçə belə azad illər arzulayıram”