Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Türkiyə şəhidlərinin övladları Azərbaycana gələcək

10:30  |    01 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq məqsədilə yanvarın 15-də Türkiyədən Azərbaycana iyirmiyədək şəhid övladı gələcək.

Onlar Bakıda və Azərbaycanın digər bölgələrində tarixi yerlərlə tanış olacaqlar.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. Onun sözlərinə görə, səfər zamanı uşaqlarla bir sıra rəsmi qurumlarda da görüşlər təşkil olunacaq. Səfərin reallaşdırılmasında məqsəd ortaq tarixə, mədəniyyətə və ədəbiyyata malik türk xalqları ilə bağlı gələcək nəslin nümayəndələrinə məlumat verməkdir. Türkiyə və Azərbaycan tarix boyunca qardaş və dost ölkələr olublar. Hər iki ölkənin vətəndaşları həmişə düşmənlərinə qarşı birgə mübarizə aparıblar. Bu tarixi reallıq sözdə deyil, əməldə də hər bir türk övladına izah olunmalıdır.

Federasiyanın sədri deyib ki, şəhid olmaq türk adət-ənənələrinə görə müqəddəs hesab edilir. Şəhid övladlarını qorumaq isə hər birimizin mənəvi borcudur. Buna görə də biz şəhid övladlarına hər zaman diqqət və qayğı ilə yanaşmalı, tariximizi, mədəniyyətimizi onlara tanıtmalıyıq. Bilal Dündar səfərin bu tarixə təyin edilməsinin təsadüfi olmadığını deyərək əlavə edib ki, 8 günlük səfər proqramı çərçivəsində şəhid övladları 20 Yanvar faciəsinin 29-cu ildönümü tədbirlərində də iştirak edəcəklər. Onlar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib
18.10.2019
Əkrəm İmamoğlu: “Azərbaycan xalqına neçə belə azad illər arzulayıram”