Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Yens Stoltenberq: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır

11:33  |    29 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov NATO-nun Mənzil Qərargahında öz etimadnaməsini alyansın Baş katibi Yens Stoltenberqə təqdim edib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən məlumat verilib.

Görüş zamanı nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Baş katibə çatdırıb. Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirərək, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Q.Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesi barədə məlumat verib, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb.

NATO-nun Baş katibi Y.Stoltenberq öz növbəsində salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib və Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Baş katib Azərbaycanı alyansın etibarlı tərəfdaşı adlandırıb və Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib
18.10.2019
Əkrəm İmamoğlu: “Azərbaycan xalqına neçə belə azad illər arzulayıram”