Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

“Qarabağ” hücumçusuz qalıb – qışda kimi alacaqlar?

18:34  |    26 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


“Qarabağ” ciddi problemlə üzləşib. Məsələ burasındadı ki, komandanın yeganə mərkəz hücumçusu İnnosent Emeqara zədələndiyi üçün 2018-ci ildə daha heç bir oyuna çıxa bilməyəcək.

Klubun rəsmi saytının bu gün yaydığı açıqlamada deyilir: “Tibbi yoxlanışdan sonra futbolçuda menisk yırtığı aşkar olunub. Emeqara artıq İsveçrəyə yollanıb və adıçəkilən ölkədə əməliyyat olunacaq.

Onun təxminən 6-8 həftədən sonra fərdi məşqlərə başlayacağı gözlənilir. Bu isə o deməkdir ki, Emeqara bir də gələn ilin yanvar ayında sıraya qayıdacaq”.

Beləliklə, Emeqaranın yoxluğunda “Qarabağ” faktiki olaraq mərkəz hücumçusuz qalıb. Bu səbəbdən Ağdam klubu qarşıdakı 4 vacib matçda - Avropa Liqasında “Sportinq” (29 noyabr) və “Arsenal” (13 dekabr), Topaz Premyer Liqada isə “Keşlə” (2 dekabr) və “Zirə” (9 dekabr) ilə oyunlara mərkəz hücumçusu olmadan çıxacaq.

İnnosent Emeqaranın yoxluğunda baş məşqçi Qurban Qurbanov mərkəz hücumçusu kimi hücumameylli yarımmüdafiəçilərdən birini oynadacaq.

Bu yay yenidən “Qarabağ”a qayıdan Emeqara yerli çempionatda 5 qol vurmaqla “Qarabağ”ın ən yaxşı bombardiridir. Amma o demək deyil ki, komandada isveçrəli forvarddan razıdılar. Emeqara ən çox qol vuran oyunçusu olsa da, bir hücumçu kimi ona bəslənən ümidləri hələ doğrultmayıb. Onun Avropa kuboklarında bir oyunda belə qol vura bilməməsi “Qarabağ” üçün əlavə səviyyəli hücumçunun vacibliyi ilə bağlı deyilənləri növbəti dəfə təsdiqləyib. Xüsusilə hazırda Premyer Liqada lider “Neftçi” ilə aradakı 5 xallıq fərqi nəzərə alsaq, qarşısında çempionluq hədəfi olan “Qarabağ”a qış fasiləsində mərkəz hücumçusu mövqeyinə oyunçu lazımdır. Amma klublarımız, o cümlədən “Qarabağ” transfer zamanı əsasən azad agent statusu olan oyunçular alır. Bu mənada, qış transferi zamanı boşda olan futbolçu tapmaq çətinləşir. Belədə klubu ilə müqaviləsi olan hücumçulara müraciət edilməsi ehtimalı daha yüksəkdir.

Əldə etdiyimiz xəbərə görə, “Qarabağ” bir neçə aydır heyətinə hücumçu cəlb etmək üçün transfer çalışmaları aparır və bunun üçün normal büdcə də ayrılıb. Bu məsələ baş məşqçi Qurban Qurbanovun istədiyi normal hücumçunu almaq imkanını bir qədər genişləndirir. Amma başqa bir xəbərə görə (hansı ki, bunu futbol menecerləri də təsdiqləyir) Azərbaycan çempionatının səviyyəsinin aşağı olması səbəbindən bəzi yüksək səviyyəli oyunçular bizim klublara keçmək istəmirlər. İstənilən halda hətta naz edən futbolçunun könlünü yaxşı pul verməklə alıb “Qarabağ”a gətirmək mümkündür.

Əks halda yaxın aylarda əlavə bir səviyyəli mərkəz hücumçusu alınmasa, onsuz da bu mövsüm həm yerli, həm də Avropa kuboklarında işləri yaxşı getməyən “Qarabağ” qış fasiləsindən sonra da əlavə problemlə qarşılaşa bilər. Bu da ona gətirib çıxarar ki, “Neftçi”ni turnir cədvəlində taxtdan salmaq çətinləşər və “Qarabağ”ın ardıcıl 5 illik çempionluq seriyasına son qoyular...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək