Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6442

Digər sorğular

Kamal Abdullanın imza günü keçirilib - FOTO

14:41  |    26 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


İmza günü mərasimi “Qanun” nəşriyyatı tərəfindən təşkil olunub.

Nəşriyyat ötən ay Kamal Abdullanın “Unutmağa kimsə yox…” romanının II nəşrini oxucuların ixtiyarın verib.

“Unutmağa kimsə yox…” son illərin ən çox müzakirə olunan əsərlərinin (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”) müəllifi olan Kamal Abdullanın hələlik son romanıdır. Nəşriyyat kitabı dil, ideya, üslub baxımından analoqu olmayan fakt kimi dəyərləndirərək təkrar çap edib.

Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.

Bu roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr aparılıb.

“Unutmağa kimsə yox…” müəllifin digər romanları kimi müxtəlif dillərə tərcümə olunur.

“Önsöz”ün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur. “Ön söz”də roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya əsəri daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.






Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Aqil Abbas: “Bu AYB-nin xalqa, dövlətə axı nə ziyanı var?”
18.08.2019
Əkrəm Əylisli müsahibə zamanı ağladı - VİDEO
06.07.2019
İkinci Mahmudun dəfn olunacağı yer müəyyənləşib
30.05.2019
Xalq yazıçısı Afaq Məsuddan Vladimir Poznerə açıq məktub
25.05.2019
Musa Yaqubun oğlu: “Sərəncamı oxuyub çox sevindik”