Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6528

Digər sorğular

Ukrayna 2022-ci ilədək 6 peyk buraxacaq

23:00  |    23 May 2015  |   E-mail  |  Çapa göndər

Ukraynanın 2002-ci ilədək kosmik fəaliyyət strategiyasında altı peykin buraxılması nəzərdə tutulur.

İKT.lent.az-ın “TASS”a istinadən xəbərinə görə, sənədin təsdiq olunması ilə bağlı əmri Dövlət Kosmik Agentliyinin rəhbəri Oleq Uruskiy imzalayıb.

“Strategiyanın gözlənilən nəticələri “Lıbid” və “Lıbid-2” telekommunikasiya və yayım kosmik aparatlarının, “Siç-2-1”, “Siç-2M”, “Siç-3” Yerin məsafədən zondlama kosmik aparatlarının və “İonosat” elmi-texniki kosmik aparatının buraxılmasıdır”, - sənəddə deyilir.

Strategiyanın vəzifələrindən biri Ukraynanın Avropa Kosmik Agentliyi ilə əməkdaşlığının genişləndirilməsi və üzvlüyüdür. Dövlət ehtiyacları üçün informasiyanın qlobal GPS (ABŞ), GALILEO (Aİ) naviqasiya peyk sistemlərindən istifadə edilməsi planlaşdırılır. Ukrayna həmçinin Avropa İttifaqına məxsus EGNOS yüksək dəqiqlikli diferensial düzəliş sisteminin ölkə ərazisinə əhatəsini genişləndirəcək.

Bundan başqa, strategiyada “Siklon-4” raket kompleksinin kommersiya istifadəsinə başlamaq və onun üçün start meydançalarının coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Ukrayna “Morskoy start” və “Nazemnıy start” layihələrinin “Zenit-3SL”, “Zenit-3SLB” və “Zenit-3-SLBF” raketləri ilə bərpa olunacağına ümid edir. Ölkə müəssisələri “Dnepr”, Antares”, “Veqa” beynəlxalq layihələrində, kosmik tematika üzrə “Horizont-2020” Avropa tədqiqat və innovasiyalar proqramında iştirak edəcəklər.

Sənəddə cəmiyyətdə kosmik fəaliyyətin nüfuzunun artırılması vəzifəsi də qarşıya məqsəd kimi qoyulub. Sahədə əməkhaqqının ölkə üzrə orta göstəricini iki dəfə üstələyəcəyi planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2019
Putin Orxan Camalın qətlini müzakirə etdi
23.10.2019
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib
23.10.2019
Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub”
23.10.2019
ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək
23.10.2019
Əkrəm İmamoğlunun azərbaycanlı ilə maraqlı söhbəti (VİDEO)