Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç

20:25  |    15 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi humanizm prinsipləri Qafqaz üçün birlik və bərabərlik mirasıdır.

Müasir Azərbaycan dövləti bu mirası əzmlə qoruyur. Ötən əsrin əvvəllərində Qafqazda baş verənlər bütün region ölkələrinin rəhbərləri, eləcə də siyasətçiləri tərəfindən düzgün dəyərləndirməlidir. Belə olarsa, uzunmüddətli sülh və kompleks inkişaf yollarını tapmaq da asanlaşar.

Bu fikirləri Azərtac-a müsahibəsində Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəhbəri Alev Kılıç söyləyib. O bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ölkə regiondakı bütün müsbət proseslərdən kənarda qalıb. İşğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətlərində dəyişiklik etməlidir.

AVİM rəhbəri fikirlərini davam etdirərək deyib: “Qafqaz bölgəsində sülh və əmin-amanlıq təkcə bu bölgə və Anadolu üçün yox, bütövlükdə Avrasiyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qonşu dövlətlərlə hörmət və ehtirama əsaslanan münasibətlər qurmaq bütün tərəflər üçün vacib şərtdir. İki ölkə arasında münasibətlərin pozulması bu və ya digər formada başqa dövlətlərin münasibətlərinə də mənfi təsir göstərir. Odur ki, heç bir hakimiyyət öz xalqı üçün faciə və fəsadlara yol açan risklərə getməməlidir. Bir sözlə, tarixdə baş verənlər ibrət dərsidir. Əgər Ermənistan tərəfi bu məqamları düzgün dərk edə bilsə, o zaman Qafqazda proseslər tamamilə başqa səmtdə inkişaf edəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb
16.08.2019
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI