Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Qarabağ ətirləri satışa çıxarıldı - FOTO

17:39  |    08 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


7 noyabr 2018-ci il tarixində Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Doha Festival City Mall”da “Product of Azerbaijan” brendi altında “Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, mərkəzdə “Shikasta”, “Natavan”, “Bayati Shiraz”, “Rast”, “Buta”, “Khankendi”, “Shusha”, “Sarvan”, "Panahalikhan”, “Jidir Duzu”, “Khari Bul Bul” və “Chelebi” olmaqla, ümumilikdə 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.

Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycanın Qətər dövlətindəki səfiri Rəşad İsmayılov, Qətərdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri,Qətərin məşhur bloqerləri və media mənsubları fəal iştirak edib. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli sərəncamına uyğun olaraq, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.

Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək.















Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Cəbhədə düşmən təxribatı davam edir
17.08.2019
Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir?
17.08.2019
Atəşkəs snayper tüfənglərindən də istifadə edilməklə 21 dəfə pozulub
16.08.2019
Atəşkəs rejimi snayper tüfənglərlə 22 dəfə pozulub
15.08.2019
Müharibə riski, "ağzına su almış" vasitəçilər - TƏHLİL