Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Daha 2 rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər veriləcək

13:24  |    07 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda tikilən 54 mənzilli və Şamaxı rayonunda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.

Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası işləri də aparılır. Onlardan artıq əksər evlərin tikinti işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, nazirlik tərəfindən həmin insanlar üçün hazır yaşayış binalarından təmirli mənzillərin satın alınması ilə bağlı işlər davam etdirilir. İnşası başa çatmış fərdi evlər və alınmış mənzillər də yaxın vaxtlarda istifadəyə veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzil alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, nəticə etibarilə bu il 500-dən çox mənzilin həmin insanlara təqdim olunmasına imkan yaradıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Şirvanda məcburi köçkünlər üçün yeni qəsəbə salınır
24.07.2019
Nazir 6 ayda 450 vətəndaşı fərdi qaydada qəbul edib
23.07.2019
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciətlər artıb
23.07.2019
“Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub
22.07.2019
“Azəriqaz”-ın əməkdaşları “ASAN qatar” və “ASAN xidmət” avtobusları ilə hansı bölgələrdədir?