Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib

20:41  |    04 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, dövlət başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə Fələstin Dövləti adından dərin minnətdarlığını bildirib. Riad Əl-Maliki dövlət başçısının 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirakı və çıxışının yüksək qiymətləndirildiyini vurğulayıb. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu deyərək, ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.06.2019
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş hərbçilər Azərbaycandan Türkiyəyə qayıdıblar - VİDEO
13.06.2019
Türkiyə və Azərbaycanın arasını kimlər və niyə vurmaq istəyir?
13.06.2019
Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb - SƏRƏNCAM
13.06.2019
Prezident İlham Əliyev Aİ komissarı Yohannes Hanı qəbul edib - YENİLƏNİB
12.06.2019
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin vitse-spikerini qəbul edib - YENİLƏNİB