Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

144 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək - Qərar qəbul olundu

20:02  |    02 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Şəhid hərbi quluqçuların vərəsələrindən artıq 144 nəfərin sənədləri təhlil edilərək onlara birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.

Bu barədə Qaziler.az-a nazirlikdən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəhid ailələrinə yüksək qayğısının növbəti təzahürü olan 2018-ci il 19 aprel tarixli Fərmanın icrası olaraq, şəhid hərbi quluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması üçün ötən dövrdə müvafiq işlərin görülməsi təmin olunub. Nazir qeyd edib ki, bu istiqamətdə mühüm addım kimi birdəfəlik ödəmənin çevik, şəffaf, sənədlərin “bir pəncərə” əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Şəffaflıq üçün vacib məqamlardan biri kimi, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilib.

S.Babayev qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin saytında cari ilin 9 oktyabr tarixindən fəaliyyətə başlayan “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. Bu bölmə vasitəsilə şəhid hərbi qulluqçulardan bu günədək artıq 96 faizinin vərəsələri birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib və notariat kontorlarında onlardan sənədlər qəbul olunur. Qəbul olunmuş sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

İclasda birdəfəlik ödəmənin verilməsi ilə bağlı notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş və nazirliyə təqdim edilmiş sənədlərin müvafiq işçi qrupu tərəfindən təhlil olunduğu, hər hansısa sənədlərdə çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlərin aparıldığı qeyd olunub.

İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində digər vərəsələr üzrə də notariat kontorları tərəfindən göndərilmiş sənədlərin araşdırılması və təhlili işləri davam etdiriir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq