Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6958

Digər sorğular

“Qobu Park”da köçkünlər ödənişsiz göz müayinəsindən keçdilər - Foto

22:21  |    02 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “QobuPark” yaşayış kompleksində 31 oktyabr, 1 noyabr tarixlərində humanitar tibbi aksiya keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyənin “Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyinin təşkil etdiyi aksiya zamanı 300-ə yaxın məcburi köçkün ödənişsiz oftalmoloji müayinədən keçib.

Humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların görmə ilə bağlı problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərmək olub. Müayinəni xəstəxananın müxtəlif oftalmoloji xəstəliklər üzrə ixtisaslaşmış tibbi heyəti aparıb. Müayinə nəticəsində görmə qabiliyyətində problem aşkar edilən məcburi köçkünlərə müalicə təyin olunub, bəzilərinə isə eynək yazılıb.

Məcburi köçkünlər müalicəsi daha çətin olan və cərrahiyyə əməliyyatı tələb edən xəstəliklərin “Dünyagöz”də müalicəsi imkanları barədə məlumatlandırılıb və onlara müvafiq göndərişlər verilib.

Aksiya nəticəsində daha ağır göz xəstəliyi aşkarlanmış məcburi köçkünlərə “Dünyagöz” xəstəxanasında əməliyyat olunmaq üçün güzəşt ediləcək.

Aksiya məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Onlar humanitar aksiyaların keçirilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, humanitar aksiyaların məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - VİDEO
11.07.2020
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
10.07.2020
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənildi
10.07.2020
Kapital Bankın dəstəyi ilə 68 şəhid ailəsi və Qarabağ əlillərinə mənzil verildi - FOTOLAR
09.07.2020
Bərdə sakini şikayət etdi, Nazirlik hərəkətə keçdi - FOTO