Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Azərbaycana qarşı təxribat: Nizami Gəncəvi ilə bağlı... (FOTOLAR)

18:27  |    02 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyada Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı düşünülmüş təxribata yol verilib.

Qaziler.az kult.az-a istinadən xəbər verir ki, Vikipediyanın rus dilində olan versiyası böyük Azərbaycan şairi Nizami Gəncəvini "fars poeziyasının klassiki (классик персидской поэзии)" kimi təqdim edib. Bununla yanaşı, Vikipediyada Nizamiyə həsr olunmuş məqalənin (rusca) giriş hissəsində və şairin şəklinin yuxarısında onun ad və soyadı fars və kürd dillərində verilib. Bu isə Nizaminin guya kürd əsilli fars şairi olması barədə gülünc iddialara rəvac verməkdir və əlbəttə ki, qəsdən edilib.

Məqalənin redaktə tarixçəsinə baxdıqda düzəliş edənlər arasında "Taron Saharyan", "Ankax Hayastan" və "Zara-arush" adlı istifadəçiləri görürük. "Taron Saharyan" Vikipediyadakı profilində İrəvandan olduğunu, digər iki istifadəçi isə qondarma "dqr"i dəstəklədiyini yazıb. Redaktələri araşdırdıqda təxribatın 2014-cü ildə edildiyi üzə çıxır. Nizaminin Azərbaycan dilində olan adını məqalədən Böyük Britaniyadan olan "Victoria" və "Böyük Ermənistan" ilə maraqlanan "Rs4815" adlı istifadəçilər çıxarıblar.

Maraqlıdır ki, ermənilərin bütün vasitələrdən istifadə ilə apardığı bu təxribat indiyədək diqqətdən yayınıb.

Fotofaktı oxuculara təqdim edirik.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2019
Dövriyyədə saxta 100 manatlıq var - Saxta pulları necə müəyyən etmək olar? - VİDEO
05.07.2019
Səddam Hüseynə ölüm hökmü oxuyan hakim öldü
01.07.2019
Qəzada ölən dünya çempionunun sevgilisi: "Bilsəydim, qoymazdım gedəsən" (VİDEO)
19.06.2019
Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib
12.06.2019
Qarabağ qazisi dəfn edildi - Ağstafada