Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

01:15  |    31 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qaziler.az bildirir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament müdirləri iştirak ediblər.

Əvvəlcədən qəbula yazılmış məcburi köçkünlər Dövlət Komitəsinin sədri tərəfindən fərdi qaydada qəbul edilib, onların müraciətləri dinlənilib.

Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, dövlətimiz məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim qayğı ilə yanaşır. Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkə başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə, qəza vəziyyətində olan bina və tikililərdə yaşayan məcburi köçkünlərlərin ilk növbədə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası davam etdirilir.

Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq