Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kəhrizlərin bərpası layihəsinin icarasına başlanılır

21:10  |    30 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi ənənəvi və dayanıqlı su sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailənin təhlükəsiz və davamlı su təminatını relallaşdırmaqdır. Dörd ili əhatə edəcək layihə kəhrizlərin bərpası ilə məhdudlaşmayacaq, eyni zamanda, kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasında Azərbaycan hökümətinə dəstək verəcək, yerlərdə kəhriz mühəndisləri və kənkanların iş imkanlarını artıracaq, məcburi köçkünlərin, xüsusilə qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək.

Layihənin açılış mərasimində iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığın icrasına daim nəzarətdə saxlayır.

Sədr müavini qeyd edib ki, humanitar təşkilatlar tərəfindən məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr, əsasən, maddi deyil, mənəvi-psixoloji dəstəkdir. Layihənin həyata keçirilməsi məcburi köçkünlərin sosial rifahının yüksəlməsi, məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak bildirib ki, kəhrizlərin bərpasının kəndlərdə yaşayan minlərlə ailə üçün faydalı olacaq, yeni iş imkanları açacaq.

“İqtisadi və sosial inkişaf insanlığın rifahına xidmət etməlidir,” - deyən KOICA Azərbaycan Nümayəndəliyinin rəhəbri xanım Kumok Park qeyd edib ki, kəhriz layihəsi KOICA-nın 3P prinsipi (insanlar, rifah və sülh) ilə tam üst-üstə düşür və KOICA-nın bu layihəni BMqT ilə birgə çalışaraq dəstəkləyə bilməsindən məmnuniyyət duyur.
Bununla yanaşı, layihə Azərbaycanın qarşıdan gələn Miqrasiya üzrə Qlobal Kompakt və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərini həyata keçirmə səylərinə öz töhfəsini verəcəkdir. Bu prinsiplərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərarvermə proseslərində iştirakının təmin edilməsi, aid olduqları icmalarda liderlik rollarının artırılması, ətraf mühit dostu və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq