Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Norveç Krallığının rəsmisi Tərcümə Mərkəzində

17:09  |    30 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Norveç Krallığının müvəqqəti işlər vəkili cənab Olav-Nils Tue Azərbaycan Tərcümə Mərkəzində olub.

Qaziler.az bildirir ki, görüş zamanı, əsərləri Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş Norveç yazıçı və şairləri – B.Börnson, K.Hamsun, H.İbsen, Y.Qorder, A.Turqer Li, K.Sandel, A.Omre, E.Orvil, F.Harverol, T.Nedreos, İ.Svinsos, L.A.Holma, O.Vinger, Q.B.Qunnersenin yaradıcılığından söz açılıb, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi-mədəni körpülərin qurul¬ma¬sı, Azərbaycan ədəbiyyatının Norveçdə tanıdılması və təbliği istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan “XX əsr Norveç hekayələri” və məşhur Norveç yazıçısı Tarey Vesosun “Buz qəsr” kitabları təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2019
Xalq yazıçısı Afaq Məsuddan Vladimir Poznerə açıq məktub
25.05.2019
Musa Yaqubun oğlu: “Sərəncamı oxuyub çox sevindik”
25.05.2019
Ramiz Rövşən və Musa Yaquba Xalq şairi adı verilib
20.04.2019
Əfsanəvi kəşfiyyatçı Raquf Orucova həsr edilmiş “Komandir” romanının təqdimatı olub
13.04.2019
Özbəkistanda şair Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub