Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Birdəfəlik ödəmələr bu tarixdən veriləcək - RƏSMİ

00:37  |    31 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Artıq şəhid hərbi qulluqçulardan 96 faizinin vərəsələri bu ödəməni almaq hüququna malik olduqlarını öyrənib”. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O, yaxın günlərdə göstəricinin artacağını qeyd edib: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində vətəndaşlar tərəfindən sorğu-axtarış prosesinin davam etdiyini nəzərə alsaq, bu göstərici qarşıdakı günlərdə daha da artacaq.

Şəhidlərimizin ruhu hər birimiz üçün müqəddəs, uca, əzizdir və ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin davamı kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işlərinin də layiqli səviyyədə, tam şəffaf şəraitdə yerinə yetirilməsi üçün nazirlik bütün lazımi tədbirləri görüb və görməkdə davam edir".

Şöbə müdiri bildirib ki, bu ilin sonuna qədər birdəfəlik ödəmələrin verilməsinə başlanacaq:

"Gələn il ərzində ödəniş prosesi tam yekunlaşacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq