Bu gün Qarabağ qazisi Etimad Əsədovu son mənzilə yola salmaq üçün onun yaşadığı evi axtarmağa başladım. Saat 12-yə qalmış evini tapdım. Etimadı 1990-cı ilin sonlarından tanıyırdım.

Gözümün önündə bu Vətən fədailərinin Dərnəgüldə ermənilər tərəfindən yox, özümüzünkülər tərəfindən alçaldılmaları, öz ayaq protezləri, çəlikləri ilə döyülmələri canlandı. Şəhid olanların 5 şirvanından tutmuş 11 min manatına qədər göz tikmiş məmurların evlərində saxladıqlarının eyş-işrətlərini bilə-bilə burada gördüyüm insanların vəziyyətini görmək çox ağrılı idi. Başa düşdüm ki, bir xalq olaraq bu gün yaşadıqlarımızdan minlərlə pisinə layiqik. Etimad kimi Vətən oğullarının bir marşrutdan qazandıqları haqqında əfsanələr uydurub, milyardları mənimsəyən məmurların ayağını öpmək üçün növbəyə durmuşların vəziyyəti bundan da pis olmalıdır və olacaq.
Yəqin ki, Etimad və silahdaşları haqqında daha geniş yazılarım olacaq. Bu gün isə öz adımdan Etimaddan, onun silahdaşlarından, ailələrindən üzr istəyirəm ki, Sizə qarşı olan haqsızlılıqları görüb heç nə edə bilmirəm. Bu gün yeganə təsəllim o oldu ki, təxminən 2 ay bundan əvvəl yanıma gəlmiş Etimad və silahdaşlarına verdiyim cavabdan çox məmnun olmuşdular. Onların uşaq kimi sevinmələrini dönə-dönə gözümün önünə gətirib için-için ağlamışam.
Etimadı evindən son mənzilə qaldıranda yüzlərlə silahdaşlarının, yetim qalmış uşaqları kimi tökdükləri göz yaşlarını isə heç vaxt unutmaq olmaz. Biz insanlar unutsaq da Uca Allah unutmayacaq. Həm də heç kim rəsmilərdən bir nəfərin də dəfndə iştirak etmədiyini unutmayacaq.
Aslan İsmayılov,
Tanınmış hüquqşünas, ictimai xadim
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər