Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Dövlət Komitəsinin dəstəyi ilə yeni layihənin icrasına başlanılır

14:56  |    30 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsinin təqdimat mərasimi keçirilib.

Qaziler.az bildirir ki, oktayabr ayınının 29-da Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) GmbH və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ilə birlikdə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsinin təqdimat mərasimi keçirilib.
Müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə GİZ Cənub Qafqazı əhatə edən və ümumi büdcəsi 6 milyon avro olan proqram Gürcüstan və Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluq və yeni bizneslərin qurulması, həmçinin mövcud bizneslərin genişlənməsi və məcburi köçkün qəsəbələrində xüsusilə qadınların və gənclərin sosial inteqrasiyasını dəstəkləməsi nəzərdə tutur. Pilot mərhələ kimi Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış aztəminatlı məcburi köçkünlərin və onlarla birgə yaşayan yerli əhalinin həyat şəraitlərini yaxşılaşdırmaq və bölgənin iqtisadiyyatına töhfə verməsi məqsədilə ümumi inkişafı, onların texniki-peşə və peşəkar bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur. Bunun üçün müxtəlif uzun və qısamüddətli praktik təlimlərin keçirilməsi və mentorluq yanaşmasından istifadə olunacaqdır. Layihədə həm də məcburi köçkünlərin inkişafı ilə məşğul olan dövlət qurumlarının texniki bacarıqlarının daha da təkmilləşməsi üçün birgə fəalliyyətlər həyata keçiriləcək.

Təqdimat mərasimində Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədr müavini Fuad Hüseynov, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini xanım Andrea Sülh və GİZ-Azərbaycanda ölkə üzrə direktoru xanım Sonia Fontaine, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı və layihənin rəhbəri xanım Friederike Rochowanski çıxış edib, layihənin məcburi köçkünlər və aztəminatlı ailələr üçün əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, layihənin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf fondudur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq